Mahmud Qacar
Mahmud Qacar (Mahmud Mahsud oğlu Quliyev; 1 sentyabr 1949, Qacar, Qaryagin rayonu) — Azərbaycan şairi.
== Həyatı ==
Mahmud Quliyev 1 sentyabr 1949-cu ildə Füzuli rayonunun Qacar kəndində doğulub. 1976-cı ildə BDU-nun jurnalistika fakültəsini bitirərək Füzuli rayonunda çıxan "Araz" qəzetində fəaliyyətə başlayıb.
Fəal ictimaiyyətçi olmuşdur. Rayonda "Bilik" və "Kitabsevərlər" cəmiyyətlərinin və Rayon Dövlət İdarələri Həmkarlar İttifaqının Komitəsinin sədri kimi çalışıb. "Təfəkkür" elmi jurnalının və "Əsrin səsi" qəzetlərinin baş redaktoru olmuşdur. Mahmud Qacar səmərəli bədii-publisistik fəaliyyətinə görə 1999-cu ildə Azərbaycan KİV Hİ-nin "Kəmalliyyə" diplomuna və "Qızıl Qələm" jurnalist mükafatına layiq görülüb.
== Yaradıcılığı ==
Ədəbi aləmdə öz dəsti-xətti üslubu, bədii- publisistik yazıları ilə tanınan Mahmud Qacar yaradıcılığının əsas ruhunu yurd həsrəti, müqəddəs amallar uğrunda mübarizə təşkil edən kitablarında təlatümlü şair qəlbinin əks sədası olan müxtəlif səpkili lirik şeirləri və poemaları yer almışdır.
Ümumiyyətlə, Mahmud Qacar şeirərində diqqəti cəlb edən zövq oxşayan seçmə qafiyələr, hikmətli qovuşma sözlər, ideomatik ifadələr, təşbeh və təzadlar çoxdur.
Müxtəlif illərdə yazdığı təmsillərdə nadanlıq, nankorluq, yaltaqlıq, qohumbazlıq, lovğalıq, hərdəmxəyallıq, biliyi, gücü çatmayan işə can atmaq kimi insanı alçaldan keyfiyyətlər kəskin tənqid olunur.